Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-Cənubi Koreya ittifaqında çat: Seul Vaşinqtona inamını itirir?

2 dəq
Paylaş:
ABŞ-Cənubi Koreya ittifaqında çat: Seul Vaşinqtona inamını itirir?

ABŞ Prezidenti Trampın Şimali Koreyaya qarşı hərbi təlimləri “uyğunsuz və təxribatçı” adlandıraraq Pentaqona bu fəaliyyətləri məhdudlaşdırmaq tapşırığı verməsi ABŞ- ittifaqında yaradıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, sözügedən qərardan xəbərsiz olan Cənubi Koreya rəhbərliyi və naziri Ço Hyun bu addımı Vaşinqtonla Seul arasındakı müdafiə əməkdaşlığı baxımından ciddi məsələ kimi qiymətləndirib.

“Atlantic Council”ın eksperti Jo Biyun xəbərdarlıq edib ki, hərbi təlimlərin qəfil dayandırılması Cənubi Koreyanın ABŞ-yə olan inamını sarsıda bilər.

Seulda narahatlıqlar təkcə hərbi təlimlərlə məhdudlaşmır. Vaşinqtonun Cənubi Koreyada yerləşən 27 minə yaxın ABŞ hərbçisini geri çəkə biləcəyi və ya Seulla məsləhətləşmədən Şimali Koreyanın nüvə dövləti statusunu tanıya biləcəyi ehtimalı da ciddi təşviş doğurur.

Bundan əlavə, Tramp administrasiyasının ticarət və məsələlərini bir-biri ilə əlaqələndirməsi də müttəfiqlər arasında fikir ayrılıqlarını artırır. ABŞ Prezidenti Cənubi Koreyanın hərbi xərclərə ayırdığı 1 milyard dolları kifayət hesab etmir və Seulun İrana qarşı hərbi təşəbbüslərə qoşulmamasını tənqid edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə