İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ölkəsinin nüvə proqramı ilə bağlı müzakirələrə dair mühüm açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” "IRNA" agentliyinə istinadən xəbər verir ki, Laricani Tehranın bütün narahatlıqları həll edəcək ədalətli nüvə danışıqlarına hazır olduğunu bildirib.
Onun sözlərinə görə, İran tərəfi beynəlxalq səviyyədə yaranan sualları cavablandırmaq və qarşılıqlı etimadı bərpa etmək üçün konstruktiv dialoqun tərəfdarıdır.
Bu bəyanat regionda və dünyada nüvə təhlükəsizliyi məsələlərinin yenidən gündəmə gəldiyi bir vaxtda xüsusi əhəmiyyət kəsb edir.