Operativ Məlumat Mərkəzi

TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək

1 dəq
Paylaş:
TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə qurumun...

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Görüş noyabrın 20-də baş tutacaq və COP29 qlobal iqlim konfransı zamanı olacaq.

Bu iclasın türk dövlətləri arasında ekoloji əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevriləcəyi gözlənilir. Bu da TDT-nin ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı məqsədlərinə nail olunmasına töhfə verəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər