Əsas məzmuna keç

TDT Baş katibi Azərbaycan-Ermənistan razılaşmasını alqışlayıb

TDT Baş katibi Azərbaycan-Ermənistan razılaşmasını alqışlayıb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə müştərək bəyannamə imzalamasını...

Təşkilatının () Kubanıçbek Ömüralıyev və liderlərinin Ağ Evdə müştərək bəyannamə imzalamasını alqışlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təşkilatın Baş katibi bu barədə bəyanat yayıb.

“Mən Azərbaycan Respublikası prezidenti və Ermənistan Respublikası Baş naziri tərəfindən və ABŞ prezidentinin şahidliyi ilə müştərək bəyannamə imzalanmasını alqışlayıram. Mən Azərbaycan və Ermənistan arasında Sülhün və Dövlətlərarası əlaqələrin bərqərar edilməsi ilə bağlı razılaşmanın mətninin paraflanmasını güclü şəkildə dəstəkləyirəm. Həmçinin, Minsk prosesinin ləğvi üçün hər iki ölkənin ATƏT-ə müştərək müraciətinə dəstəyimi ifadə edirəm. Bu tarixi hadisə Cənubi Qafqaz və digər regionlarda davamlı sülhün, stabilliyin və rifahın təmin olunması üçün tarixi bir addımdır”, - deyə Kubanıçbek Ömüralıyev bəyanatında bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…