Operativ Məlumat Mərkəzi

"TCG Anadolu"yu 3 gündə 38 234 nəfər ziyarət edib

1 dəq
Paylaş:
"TCG Anadolu"yu 3 gündə 38 234 nəfər ziyarət edib
bu barədə Türkiyə KİV məlumat yayıb. Qeyd olunub ki, birinci gün gəmini 8 min 720 nəfər, ikinci gün 14 min 251 nəfər, üçüncü gün isə 15 min 263 nəfər...

"Bayraktar TB3" pilotsuz təyyarələrinin ən son versiyaları ilə təchiz edilən "TCG Anadolu" desant gəmisi son 3 gündə 38 234 nəfər tərəfindən ziyarət edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunub ki, birinci gün gəmini 8 min 720 nəfər, ikinci gün 14 min 251 nəfər, üçüncü gün isə 15 min 263 nəfər vətəndaş ziyarət edib.

Xatırladaq ki, “TCG Anadolu” aprelin 10-da istifadəyə verilib. Layihənin icrasına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər