Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tbilisi prospektində hərəkət asanlaşdı

3 dəq
Paylaş:
Tbilisi prospektində hərəkət asanlaşdı

Tbilisi prospektindəki tıxac problemi necə həll olundu?

Bakının Yasamal rayonunda, xüsusən Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yaranan sıxlığına son qoyulur. Bu mühüm layihə "2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra olunub və həm sürücülərin, həm də piyadaların hərəkətini əhəmiyyətli dərəcədə asanlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi yayıb.

Hansı istiqamətlərdə hərəkət asanlaşdı?

Bildirilib ki, ərazidəki arakəsmə ləğv edilib və Ə.Salamzadə küçəsindən Ziya prospekti"20 Yanvar" dairəsi istiqamətində birbaşa çıxış təmin edilib.

Bununla da nəqliyyat vasitələrinin Ə.Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qaldırılıb. Eyni zamanda, bu kəsişmə işıqforla nizamlandığından piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılıb.

Layihə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsiNəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə birgə icra edilib.

Əvvəlki vəziyyət necə idi və nə dəyişdi?

İndiyə qədər Qələbə dairəsindən Ə.Salamzadə küçəsi ilə Ziya Bünyadov prospekti"20 Yanvar" dairəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri Tbilisi prospektindəki geriyədönmə sahəsindən istifadə edirdi.

Ə.Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri Tbilisi prospekti ilə gələn nəqliyyat vasitələrinin sürətini əhəmiyyətli dərəcədə azaldırdı və həmin hissədə ciddi sıxlığa səbəb olurdu.

Yeni layihənin icrasından sonra Ə.Salamzadə küçəsi ilə hərəkət edən avtomobillərin geriyədönmə manevrlərinə ehtiyac aradan qaldırılacaq və hərəkətin axıcılığı təmin ediləcək. Lakin, Tbilisi prospekti ilə hərəkət edib geriyə dönmə həyata keçirmək istəyənlər üçün həmin geriyədönmə yeri olduğu kimi saxlanılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax