Operativ Məlumat Mərkəzi

Tayvanda Çinlə dialoqun tərəfdarı olanlar parlamentdə çoxluq qazanıb

1 dəq
Paylaş:
Tayvanda Çinlə dialoqun tərəfdarı olanlar parlamentdə çoxluq qazanıb

Seçkilərin nəticələrindən sonra Tayvanda hakim Demokratik Tərəqqi Partiyası yeni Qanunverici Yuanda (Parlament) yer çoxluğunu itirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Belə ki, yeni parlamentdə Demokratik Tərəqqi Partiyasının (DP) mandatlarının sayı 62-dən 51-ə düşüb.

Daha 52 yeri materik Çinlə dialoqun tərəfdarı olan Qomindan partiyasının nümayəndələri tutacaq.

Mərkəzçi Tayvan Xalq Partiyası səkkiz mandat qazanıb. Bundan əlavə, ideoloji cəhətdən Qomindana yaxın olan iki müstəqil namizəd alıb. Qanunverici Yuanın dörd il müddətinə seçilən 113 üzvü var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər