Tayvanda zəlzələdən sonra yaradılan Təcili Yardım Mərkəzinin verdiyi açıqlamaya görə, axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha bir nəfərin cəsədini tapıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şəxsiyyət vəsiqəsindən mərhumun 21 yaşlı Hu soyadlı qadın olduğu müəyyənləşib.
Beləliklə, ölənlərin sayı 13-ə yüksəlsə də, itkin düşdüyü bildirilən 6 nəfərin axtarışları davam edir.