Operativ Məlumat Mərkəzi

Tayvanda 6,2 maqnitudada zəlzələ olub

1 dəq
Paylaş:
Tayvanda 6,2 maqnitudada zəlzələ olub
bu barədə ölkənin Mərkəzi Hava İdarəsi bildiriş yayıb. Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 07:05-də (Bakı vaxtı ilə 03:05) qeydə alınıb və...

Çin Respublikası – Tayvanın şərq sahilində 6,2 maqnitudada zəlzələ olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Hava İdarəsi bildiriş yayıb.

Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 07:05-də (Bakı vaxtı ilə 03:05) qeydə alınıb və bütün ölkəboyu hiss olunub.

İdarənin verilənlərinə əsasən, zəlzələnin episentri dənizdə – Hualyan dairəsindən 120,2 km şərqdə olub. Bildirilib ki, yeraltı təkanların ocağı 5,7 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər