Hörmüz boğazında tanker hərəkəti kəskin azalıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, fevralın 28-dən etibarən İran və ABŞ arasında başlayan qarşıdurma və bölgədə davam edən gərginlik Hörmüz boğazında dəniz nəqliyyatına ciddi təsir göstərir. İranın boğazdan keçidləri məhdudlaşdırması enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyan marşrutda tanker hərəkətinin azalmasına səbəb olub.
Belçika mərkəzli gəmi izləmə şirkəti “Kpler”in məlumatına görə, ötən axşam Hörmüz boğazından cəmi 7 ticarət gəmisi keçib. Bu göstərici son 10 gün ərzində qeydə alınan gündəlik orta hesabla 15 keçiddən xeyli aşağıdır.
Məlumata əsasən, boğazdan keçən 7 gəmidən 4-ü bölgəni tərk edib, 3-ü isə əraziyə daxil olub.