Tanınmış prokuroru şantaj edən dəstə üzvlərinə həbs cəzası verilib

Tanınmış prokuroru şantaj edən dəstə üzvlərinə həbs cəzası verilib
03.03.2023 16:51
Aa
dəq

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Azər Paşayevin sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxslərin hər birini ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli bilib.

Hökmə əsasən, Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov, Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün il azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Hökmdən əvvəl təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını, məhkəmədən onların durumunu nəzərə almağı xahiş ediblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər prokuror Tariyel Qurbanovu hamamda çəkilmiş şəkilləri ilə şantaj ediblər. Onlar şəkillərin yayılmaması müqabilində Tariyel Qurbanovdan müxtəlif məbləğlərdə pul alıblar. Dəstə üzvlərinin əməlindən ziyan çəkənlərdən biri də Mirvasif Mahmudovdur.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə),178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, təqsirləndirilən Pərvin Yusifov istisna olmaqla digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Son olaraq Abşeron rayon prokurorunun böyük köməkçisi işləyən Tariyel Qurbanov vaxtilə sol əllə hərbi salam verdiyinə görə gündəmə gəlib.

2023-cü il yanvarın 16-da Tariyel Qurbanovun öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu