Əsas məzmuna keç

Tanınmış müğənni VƏFAT ETDİ - FOTO

Tanınmış müğənni VƏFAT ETDİ - FOTO

22 iyun 1936-cı ildə Texasda anadan olan Kristofferson "Sunday Morning Coming Down", "Me And Bobby McGee", "Help Me Make It Through The Night" və başqa...

ABŞ-li kantri müğənnisi və aktyoru, "" və "Qızıl qlobus" mükafatlarının sahibi Kris Kristofferson 88 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 22 iyun 1936-cı ildə Texasda anadan olan Kristofferson "Sunday Morning Coming Down", "Me And Bobby McGee", "Help Me Make It Through The Night" və başqa bu kimi hitləri ilə tanınır.

O, onilliklər ərzində solo ifa edib, 1980-ci illərin ortalarında isə Conni Keş, Veylon Ceninq və Villi Nelson ilə birlikdə "The Highwaymen" superqrupunu yaradıb.

Kristofferson həmçinin böyük ekranda da görünüb və 1976-cı ildə ekranlara çıxan və 1937-ci ildə eyniadlı filmin remeyki olan "Ulduz doğuldu" filmində Barbara Streyzandla birlikdə rol alıb. Bu rola görə o, "Qızıl qlobus" mükafatına layiq görülüb.

Musiqiçi, həmçinin 1972-ci, 1974-cü və 1975-ci illərdə üç dəfə "Qremmi" mükafatı qazanıb, 2004-cü ildə isə "Country Music Hall of Fame"in (Kantri musiqisinin şöhrət zalı) üzvü olub.

806cec3439ba61bd8fdec027bbac07e7.png

1236256(2).png

1236256(4).png

1236256(9).png

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…