Əsas məzmuna keç

Talaçay və Damarçın çaylarından sel keçir

Talaçay və Damarçın çaylarından sel keçir

Avtomat hidroloji stansiyaların mayın 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Milli Hidrometeorologiya Xidmətindən "Operativ...

Avtomat hidroloji stansiyaların mayın 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən Talaçaydan və rayonu ərazisindən axan Damarçın çayından keçir.

Böyük ərazisindən axan Əyriçayda 116 sm, Vəlvələçayda 18 sm, Katexçayda 16 sm, Qudiyalçayda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 3 sm, Kürəkçayda 6 sm, və Şərqi-Zəngəzur bölgəsindən axan Tutqunçay və Oxçuçayda 3 sm, Araz çayının yuxarı axınında 37 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 19 sm artıb, su sərfi 653 m3/san olmaqla normanın 87%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 56 sm artıb, su sərfi 270 m3/san olmaqla normanın 133%-ni təşkil edir.

Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…