Taksilərə qoyulan rəng tələbinə aydınlıq GƏTİRİLİB

Taksilərə qoyulan rəng tələbinə aydınlıq GƏTİRİLİB
28.03.2024 16:38
Aa
dəq

Müntəzəm sərnişin daşımalarda və taksi minik avtomobili ilə sərnişin daşımalarda avtonəqliyyat vasitəsinə qoyulan rəng tələbinə aydınlıq gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Qərara əsasən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olmalıdır.

Keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Həftənin ən çox oxunanları

Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM

Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu

Bu şəxslər təltif olunub - SƏRƏNCAM

Bu şəxslər təltif olunub - SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu

Laçının Sus kəndinə ilk dəfə köçürüləcək ailələr arasında püşkatma olub

Laçının Sus kəndinə ilk dəfə köçürüləcək ailələr arasında püşkatma olub
DAVAMIN OXU davamın oxu

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
DAVAMIN OXU davamın oxu

Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var

Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
DAVAMIN OXU davamın oxu