Taylandın keçmiş baş naziri Thaksin Shinavatra ölkəyə gələrkən dərhal həbs edilib və məhkəməyə aparılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "The İndependent"ə istinadən xəbər verir ki, o, "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "vəzifə səlahiyyətlərini aşmaq", "dövlət bankına qanunsuz olaraq xarici kredit verməyi əmr etmək" və "qeyri-qanuni olaraq namizədlər vasitəsilə səhmlərə sahib olma" maddələri ilə ittiham edilib.
Ali məhkəmənin verdiyi açıqlamada 74 yaşlı nazirin 8 il azadlıqdan məhrum edildiyi qeyd olunub.