Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Unikal"a istinadən xəbər verir ki, o, "Bona Dea" klinikasına yerləşdirilib.
Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.