Tacikistanda bir gündə dördüncü güclü zəlzələ baş verib - YENİLƏNİB

Tacikistanda bir gündə dördüncü güclü zəlzələ baş verib - YENİLƏNİB
23.02.2023 15:33
Aa
dəq

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi Astana vaxtı ilə saat 14:01-də (Bakı vaxtı ilə 12:01-də) zəlzələ qeydə alıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,zəlzələnin episentri Tacikistan ərazisində, Almatı şəhərindən 606 kilometr cənub-qərbdə, Çinlə sərhəd yaxınlığında yerləşib.

15 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 5 bal gücündə olub. Günün əvvəlindən bu, Tacikistanda qeydə alınan dördüncü zəlzələdir.

Onlardan birincisi 7 bal gücündə Almatı və Çimkənddə hiss olunub.Növbəti təkanlar 5,6 və 5,7 bal gücündə qeydə alınıblar. 

03:05***

Tacikistanda 6,8 bal maqnitudada zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 10,8 min nəfərin yaşadığı Murqab qəsəbəsindən 63 km qərbdə, zəlzələ ocağı 77 km dərinlikdə yerləşirdi.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Daha əvvəl zəlzələnin 7,1 maqnitudada baş verdiyi bildirilib.

Həftənin ən çox oxunanları