Tacikistan neftin geoloji kəşfiyyatına Azərbaycan şirkətlərini cəlb edəcək

Tacikistan neftin geoloji kəşfiyyatına Azərbaycan şirkətlərini cəlb edəcək
10.02.2024 13:59
Aa
dəq

Tacikistan Azərbaycan şirkətlərini Tacikistan ərazisindəki neft və qaz yataqlarının geoloji kəşfiyyatına cəlb etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" Tacikistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon arasında keçirilən görüşdə müzakirə olunub.

“Görüş zamanı tərəflər Tacikistan və Azərbaycan arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini və perspektivlərini, o cümlədən Tacikistanda neft və qaz ehtiyatlarının aşkar edilməsi prosesinə Azərbaycanın nüfuzlu şirkətlərinin cəlb edilməsini müzakirə ediblər”, - Tacikistan XİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

Eyni zamanda, həmsöhbətlər Azərbaycan şirkətlərinin enerji layihələrinin həyata keçirilməsinə, xüsusilə müasir su və günəş elektrik stansiyalarının tikintisinə investisiya qoyması, Tacikistanda neftin nəqli və emalı üsulları məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Tacikistanda ümumilikdə 28-ə yaxın neft yatağı var, təsdiq edilmiş neft ehtiyatları 2 milyon tondan artıqdır. Tacikistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2023-cü ildə Tacikistan 18 mintona yaxın neft hasil edib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu