Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
13.09.2024 18:21
Aa
dəq

Bu gün Frank Şvabenin özünün siyasi fəaliyyətini tamamilə anti-azərbaycan ritorikaya həsr etdiyini çox açıq-aydın görürük. Bütövlükdə AŞPA-da təmsil olunanların bir çoxu reallıq hissini itirmiş, obyektivlikdən uzaq şəxslər kimi göz önünə gəlirlər.

İnsan haqlarından, demokratiyadan dəm vuran Frank Şvabe və onun timsalında AŞPA-dakı ermənipərəst dairələr Ermənistanda 52 günlük aclıq aksiyasından sonra həyatını itirən siyasi məhbus Mqer Yeqiazaryanın başına gətirilənlərə göz yumur.

Bu sözləri  "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, qeyd edib ki bu gün Ermənistanda müxalifətə qarşı həyata keçirilən basqıları görmürlər. Hələ də Nikol Paşinyana qarşı əsas müxalif qüvvələrdən biri hesab edilən Armen Aşotyan həbsdədir. Həbsə gətirilərkən məruz qaldığı siyasi təzyiqlər üzündən məhkəmə zalında ölən Armen Qriqoryanı heç kim unutmayıb və belə olan təqdirdə AŞPA-nın Ermənistanda baş verən bu hadisələri görməzdən gəlməsi və Frank Şvabenin Cənubi Qafqaz regionunda ancaq Azərbaycana “fokuslanması” Şvabe və Şvabe timsalındakıların nə qədər rəzil, qeyri-səmimi olduqlarını növbəti dəfə ortaya qoymuş olur.

Ekspert vurğulayıb ki, Frank Şvabe və AŞPA-nın içərisində erməni lobbisi ilə əlaqəli olan şəxslər kifayət qədər çoxdur və bu adamlar AŞPA-nın və bütövlükdə Qərb təsisatlarının, Qərb siyasi institutlarının nüfuzunu daha da zədələməklə məşğuldur. Bunlar əlbəttə ki, heç bir halda Qərb siyasi institutlarına baş ucalığı gətirmir.

“Frank Şvabenin fəaliyyətinin artıq anti-azərbaycan ritorikaya söykədiyini görürük. O, sanki özünün ağası olan siyasi dairələrə mesaj verməyə çalışır və hər gün Azərbaycan əleyhinə hansısa qəribə addımlar atmaqla, özünü bir növ anti-azərbaycan ritorikasının mərkəzində göstərməyə çalışır", - deyə T.İsmayılov bildirib.

Hesab edirəm ki, hər halda Şvabe kimi ölkələr arasında fərq qoyan, Azərbaycanla Ermənistana yanaşmalarda obyektivliyə söykənməyən adamların mövcud olması, təəssüf ki, bütün dünya siyasi sisteminin böyük utanclarından biridir.

Digər həmsöhbətimiz Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, bu gün Cənubi Qafqazda müşahidə olunan situasiya göstərir ki, Qərb konkret olaraq ABŞ və Fransa başda olmaqla özünü "beynəlxalq ictimaiyyət" kimi təqdim edən bir sıra subyektlər Cənubi Qafqazda sülh və sabitliyi arzulamır.

“Parçala və hökm sür siyasətini rəhbər tutan həmin subyektlər üçün regionda münaqişələr öz maraqlarını diqtə etmək üçün ən yaxşı vasitədir və 30 il ərzində məhz bu mexanizmdən istifadə edərək, vasitəçəlik missiyası ilə pərdələnərək regionda təsir və nüfuz dairələrini genişləndirməyə cəhd ediblər. Lakin Azərbaycanın Vətən müharibəsi və antiterror əməliyyatlarındakı qələbələri ilə dəyişən reallıq bu gedişata son qoydu. Həmçinin, 2010-cu ildən etibarən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının faəliyyətinin şəffaflaşdırılması regionda maraqlarını 5-ci kalon vasitəsilə diqtə Qərbi bu alətdən də məhrum etdi. Nəticə etibarilə biz bu gün Qərbin pərdəarxası tədbirlərlə yox, açıq radikal ritorikasına şahidlik etməkdəyik”.

Deputat bildirir ki, məsələ bundadır ki, daha öncə Ukrayna və Gürcüstanın timsalında dövlətlərdən tələ yemi kimi istifadə etmələri Qərb imperializminə bu bölgədə inam və etimadı sıfıra endirib. Qərbin daha öncə sınadığı təbliğat vasitələri, habelə təsir üsulları artıq regionda keçərli deyil. Nəticə etibarilə ABŞ və Fransanın timsalında biz həmin subyektlərin artıq regionda açıq şəkildə mübarizəyə qoşulduqlarını, bu məqsədlə Ermənistandan istifadə edərək, bu ölkənin hücum silahları və siyasi dəstəklə təmin edərək yeni qarşıdurmaya yol açmaq istədiklərinə şahidlik etməkdəyik.

“Həmin subyektlər eyni zamanda regionda yaranmış sülh üçün unikal imkanları heçə endirmək, Azərbaycan və Ermənistan arasında başlanan və vasitəçəsiz formada müəyyən uğurlara gətirib çıxarmış danışıqların fiyaskoya uğraması üçün bütün imkanları səfərbər ediblər. Lakin Azərbaycanın regionda əməliyyat şəraitinə nəzarət etməsi, həmçinin artan hərbi-siyasi imkanlar bu kimi cəhdləri heçə endirir və nəticə etibarilə biz bu gün regionda məhz Azərbaycanın diqtə etdiyi konfiqurasiyanın getdikcə daha da möhkəmlənməsinə şahidlik etməkdəyik”,- deyə millət vəkili sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY
DAVAMIN OXU davamın oxu

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY
DAVAMIN OXU davamın oxu

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir
DAVAMIN OXU davamın oxu