Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının iclası keçiriləcək

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının iclası keçiriləcək
05.10.2023 15:00
Aa
dəq

Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclası keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatına digər üzv dövlətlərin xarici işlər nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Məqsədi davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsidir.

Azərbaycan 1992-ci ildə təşkilata üzv olub.

İƏT-in 9-cu və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilib, Bakı Bəyannamələri qəbul edilib.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu