Əsas məzmuna keç

Hikmət Hacıyev: "Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil"

Hikmət Hacıyev: "Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil"

bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X”...

"Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabındakı paylaşımda yer alıb.

“Fransanın Cənubi Qafqazda regional və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri və hərbiləşdirmə siyasəti, həmçinin rəsmi Bakının təkidinə baxmayaraq, Türkiyənin region ölkəsi kimi iştirakına razılıq vermədiyinə görə Azərbaycan Qranada görüşündə iştirak etməmək qərarına gəlib. Biz də İspaniyanın bu formatda ev sahibi ölkə kimi iştirakını dəstəkləmişik. Bəzi beynəlxalq media resurslarında bunu Azərbaycanın Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil”, - paylaşımda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…