Əsas məzmuna keç

Şuşada abidələrin köçürülməsinə rəsmi qadağa qoyuldu

Şuşada abidələrin köçürülməsinə rəsmi qadağa qoyuldu

Mədəniyyət Nazirliyi tərəfindən tətbiq edilən yeni qərarla Qarabağın incisi Şuşadakı tarixi abidələrin sökülməsi və yerinin dəyişdirilməsi qətiyyən yolverilməzdir.

en ru

Şuşada abidələrin razılaşdırılmadan başqa köçürülməsi qadağan olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İlham Əliyev "Azərbaycanın paytaxtı – şəhəri haqqında" qanuna dəyişikliyi imzalayıb.

Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilib.

Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı müvafiq Fərmanla isə sözügedən məsələlərə razılıq vermək səlahiyyəti Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…