Operativ Məlumat Mərkəzi

Suriya kürd yaraqlılarından silahlarını yerə qoymağı tələb edir

1 dəq
Paylaş:
Suriya kürd yaraqlılarından silahlarını yerə qoymağı tələb edir
bununla bağlı "Hürriyet" məlumat yayıb. Qeyd edilib ki, Dəməşqdə yeni hakimiyyət nümayəndələri ilə PKK arasında iki görüş baş tutub.  Türkiyə prezidenti...

Suriyanın yeni hakimiyyət orqanları PKK-dan silahlarını yerə qoymağı tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Hürriyet" məlumat yayıb.

Qeyd edilib ki, Dəməşqdə yeni hakimiyyət nümayəndələri ilə PKK arasında iki görüş baş tutub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yanvarın 4-də deyib ki, PKK-nın silahı yerə qoymaqdan başqa çarəsi yoxdur.

Onun sözlərinə görə, ya yaraqlılar silahlarını torpağa basdıracaqlar, ya da onlarla birlikdə basdırılacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər