Operativ Məlumat Mərkəzi

Suriya ilə Səudiyyə Ərəbistanı arasında kommersiya uçuşları bərpa edilib

1 dəq
Paylaş:
Suriya ilə Səudiyyə Ərəbistanı arasında kommersiya uçuşları bərpa edilib

Suriya ilə Səudiyyə Ərəbistanı arasında müntəzəm kommersiya uçuşları təxminən 13 ildən sonra bərpa edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, iki ölkə arasında münasibətlərin yenidən qurulması çərçivəsində bu gündən etibarən kommersiya uçuşları yenidən başlayıb.

Dəməşq Beynəlxalq Hava Limanından havaya qalxan Suriya Hava Yollarına məxsus ilk təyyarə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına çatıb.

Suriyanın Səudiyyə Ərəbistanındakı səfiri Ayman Soussan açıqlamasında bildirib ki, uçuşların bərpası iki qardaş ölkə arasında əlaqələrin inkişafı istiqamətində atılan daha bir addımdır.

Xatırladaq ki, suriyalı zəvvarlar ötən ay həcc ziyarəti üçün birbaşa uçuşla Səudiyyə Ərəbistanına gediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər