Əsas məzmuna keç

Suraxanı Maşınqayırma Zavoduna müasir avadanlıqlar alınıb

Suraxanı Maşınqayırma Zavoduna müasir avadanlıqlar alınıb

“Suraxanı Maşınqayırma Zavodu” ASC-də aparılan sağlamlaşdırma və restrukturizasiya tədbirləri çərçivəsində zavodun mexaniki emal sexi əsaslı təmir...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Suraxanı Maşınqayırma Zavodu” ASC-də aparılan sağlamlaşdırma və restrukturizasiya tədbirləri çərçivəsində zavodun mexaniki əsaslı təmir edilib, müasir avadanlıqlar alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, “Suraxanı Maşınqayırma Zavodu” ASC ölkəmizdə fəaliyyət göstərən iri sənaye müəssisələrindəndir. 1925-ci ildən fəaliyyətə başlayan zavodda ştanqlı dərinlik nasoslarının istehsalı təşkil edilib. Hazırda zavodda ştanqlı nasosları, qazlift klapanları, mexaniki və hidravliki pakerlər, quyu kameraları, hidrostatik qumtəmizləyici və onların ehtiyat hissələri istehsal olunur. “Suraxanı Maşınqayırma Zavodu” ASC qurumun idarə etməsinə verildikdən sonra fəaliyyətinin genişləndirilməsi, texnologiya və avadanlıqların yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Müəssisədə aparılan sağlamlaşdırma və restrukturizasiya tədbirləri çərçivəsində zavodun mexaniki emal sexi əsaslı təmir edilib, müasir avadanlıqlar alınıb.

Belə ki, istehsalat sahəsi üçün CNC tipli müasir 14 torna, 3 frez, 3 mərkəzsiz cilalama, 2 kəsmə dəzgahı, həmçinin mərkəzli cilalama və pardaqlama dəzgahları, 2 yüksəktezlikli qurğu, kompressor, elektron mikroskop, 2 lazer markalama qurğusu, eləcə də metalların kimyəvi tərkibini təyin etmək üçün spektral analiz cihazı alınıb və quraşdırılıb. Yeni avadanlıqlar məhsulların yüksək dəqiqliklə istehsalına, keyfiyyətin artırılmasına, maya dəyərinin aşağı salınmasına şərait yaradır. Bu isə müəssisənin rəqabət qabiliyyətinin yüksəlməsində, satış həcminin, eləcə də ixrac imkanlarının genişlənməsində önəmli amillərdir. Qeyd edək ki, zavodda 224 nəfər işçi çalışır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…