Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi Milli Məclisdə müzakirə olunub

Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi Milli Məclisdə müzakirə olunub
02.05.2023 11:19
Aa
dəq

"Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır: “Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərindən müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz mütləq 102-yə zəng edərək polisə məlumat verin”.

Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Həftənin ən çox oxunanları

İnsan alveri cinayətinə görə İnterpol yolu ilə axtarışda olan şəxslərin sayı açıqlanıb

İnsan alveri cinayətinə görə İnterpol yolu ilə axtarışda olan şəxslərin sayı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Deputat: Bakıda uşaqlar “coffeshop”larda çalışır, lotereyalar satırlar

Deputat: Bakıda uşaqlar “coffeshop”larda çalışır, lotereyalar satırlar
DAVAMIN OXU davamın oxu

İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil edib

İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil edib
DAVAMIN OXU davamın oxu

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI
DAVAMIN OXU davamın oxu