Sumqayıtda 15 il əvvəl törədilmiş qətlin üstü açılıb

Sumqayıtda 15 il əvvəl törədilmiş qətlin üstü açılıb
06.07.2023 16:20
Aa
dəq

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalan daha bir qəsdən adamöldürmə cinayətinin üstü açılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini 1972-ci il təvəllüdlü Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Sumqayıt Şəhər Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq hərəkətləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Ərəstun Zülfüqarov tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan bir ədəd səsboğuculu “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və bir büküm heroin aşkar olunaraq götürülüb.

Cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu