Əsas məzmuna keç

Fələstin rəsmiləri BMT-ni İsrailin təcavüzünü dayandırmağa çağırır

Fələstin rəsmiləri BMT-ni İsrailin təcavüzünü dayandırmağa çağırır

bu barədə Fələstinin WAFA xəbər agentliyini məlumat yayıb. "BMT Təhlükəsizlik Şurası İsrailin Fələstin xalqına qarşı hərtərəfli təcavüzünü və Fələstin...

Fələstin prezidenti Mahmud Abbasın sözçüsü Abu Rudeineh bildirib ki, Təhlükəsizlik Şurası İsrailin Fələstin xalqına qarşı hərtərəfli təcavüzünü dayandırmaq üçün təcili müdaxilə etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyini məlumat yayıb.

"BMT Təhlükəsizlik Şurası İsrailin Fələstin xalqına qarşı hərtərəfli təcavüzünü və Fələstin qanının axıdılmasını dayandırmaq üçün təcili müdaxilə etməlidir”, - deyə Nabil Abu Rudeineh bildirib.

Rudeineh Fələstin-İsrail münaqişəsinin baş verdiyi bölgədə artan insidentə görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub. O, İsraili Şərqi Qüds də daxil olmaqla və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı hücumlarını və müharibəsini dayandırması üçün işğalçı hökumətə təzyiq göstərməyə çağırıb.

"İsrail və administrasiyasının təcavüzü dayandırıb işğala son qoymaqdan başqa yolu yoxdur. Çünki bu təcavüz heç kimə və təhlükəsizliklə nəticələnməyəcək. Hərbi həll yolları öz qeyri-adekvatlığını sübut etdi. Yeganə həll yolu işğala son qoymaqdır və biz də bunu edəcəyik. Fələstin xalqının beynəlxalq hüquqa uyğun olaraq azadlıq və müstəqillik haqqını tanıyırıq", - deyə bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…