Operativ Məlumat Mərkəzi

Sudanda qarşıdurmalar: Köçkünlərin sayı 950 minə yaxınlaşdı

1 dəq
Paylaş:
Sudanda qarşıdurmalar: Köçkünlərin sayı 950 minə yaxınlaşdı
aprelin 15-dən bu yana 736,2 min insan ölkə daxilində didərgin düşüb, təxminən 200 min insan isə qonşu ölkələrə sığınıb. Qaçqın və sığınacaq axtaranların...

Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında təxminən bir aya yaxındır davam edən qarşıdurma səbəbindən didərgin düşənlərin sayı 950 minə yaxınlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Birləşmiş Millətlər Təşkilatına (BMT) istinadən xəbər verir ki, aprelin 15-dən bu yana 736,2 min insan ölkə daxilində didərgin düşüb, təxminən 200 min insan isə qonşu ölkələrə sığınıb.

Qaçqın və sığınacaq axtaranların əksəriyyəti təhlükəsiz yer axtarmaq üçün Əl-Cəzirə və Əl Kadarif əyalətlərinə sığınıblar.

Köçkünlərin 500 mindən çoxu paytaxt Xartumdan qaçanlardır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər