Əsas məzmuna keç

Sudanda mülki şəxslərə hücum zamanı 37 nəfər ölüb

Sudanda mülki şəxslərə hücum zamanı 37 nəfər ölüb

Sudan sərhədindəki mübahisəli Abyei bölgəsində həftə həyata keçirilən hücumlarda 37 mülki vətəndaş həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Abyeidə yerli hakimiyyət orqanlarından verilən açıqlamada, bölgənin 4 kəndində şənbə günü təşkil edilən hücumlarda 19 nəfərin, bazar günü isə 3-ü uşaq olmaqla 18 nəfərin öldüyü bildirilib.

Onlarla insanın yaralandığı, 18 nəfərin qaçırıldığı hücumlarda ən azı min mal-qaranın oğurlandığı və bir çox iş yerinin talan edildiyi bildirilib.

Xatırladaq ki, ötən həftə etnik münaqişələrin baş verdiyi Abyei bölgəsində 2-si Təşkilatının sülhməramlısı olmaqla 53 nəfər həlak olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…