Əsas məzmuna keç

Su sayğaclarını oğurlayan şəxs saxlanılıb

Su sayğaclarını oğurlayan şəxs saxlanılıb

Ağstafa rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər məhkum olunmuş, vətəndaşlara məxsus 30-a yaxın su sayğacını oğurlayaraq ümumilikdə 1000 manatdan çox maddi ziyan vurub.

Ş. Məhərrəmov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…