Operativ Məlumat Mərkəzi

Su kanalında batmış on yaşlı uşağın meyiti çıxarılıb -

1 dəq
Paylaş:
Su kanalında batmış on yaşlı uşağın meyiti çıxarılıb -
Məlumat verildiyi kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi...

Məlumat verildiyi kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər