Əsas məzmuna keç

Su hövzələrindən 685 metr uzunluğunda sintetik tor götürülüb

Su hövzələrindən 685 metr uzunluğunda sintetik tor götürülüb

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında...

“Hövzələri torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında İdarəsinin əməkdaşları tərəfindən Şəmkir və Mingəçevir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, aksiya zamanı sözügedən su hövzələrindən 685 metr uzunluğunda 10 ədəd sintetik tor götürülüb.

“Vətəndaşlarımızı “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasında daha fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərilməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırırıq”, - məlumatda deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…