Operativ Məlumat Mərkəzi

Aİ ölkələri Trampın Qəzza ilə bağlı Sülh Şurası təklifini rədd etdi

2 dəq
Paylaş:
Aİ ölkələri Trampın Qəzza ilə bağlı Sülh Şurası təklifini rədd etdi
Avropa İttifaqı dövlətləri ABŞ-ın Qəzza zolağının idarə edilməsi üçün irəli sürdüyü yeni təşəbbüsə qoşulmaqdan imtina edirlər.

Avropa İttifaqına (Aİ) üzv olan bir çox ölkə ABŞ tərəfindən irəli sürülən və zolağının olunmasını nəzərdə tutan Sülh Şurası layihəsində iştirak etməyəcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, Avropa dövlətlərinin əksəriyyəti bu təklifi rəsmən geri çevirib.

Diplomatik mənbələr bildirir ki, Aİ ölkələri bu yeni strukturun BMT-nin qlobal böhranların həllindəki rəsmi rolunu və nüfuzunu zəiflədə biləcəyindən ehtiyat edirlər.

Digər bir ciddi narahatlıq isə Prezidenti Vladimir Putinin də sözügedən şuraya dəvət olunması ilə bağlıdır.

Məsələ ilə bağlı vurğulanır ki, Avropa ölkələri böhranların həllində BMT-nin əsas platforma olaraq qalmasını istəyir.

Böyük Britaniyanın Kir Starmer artıq bu təklifi rədd edib.

Məlumata görə, Londonun bu qərarı həm Rusiya nümayəndələrinin şurada təmsil olunması, həm də layihə üçün vergi ödəyicilərinin vəsaitindən 1 milyard dollar məbləğində maliyyə ayrılması tələbi ilə əlaqədardır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax