Birləşmiş Ştatlar Ukrayna ilə Rusiya arasındakı münaqişənin həlli üçün hazırlanan sülh sazişinin detallarını müəyyənləşdirmir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Vaşinqtonun Kiyevi Rusiya Federasiyasının xeyrinə ərazi güzəştlərinə məcbur etməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Ukrayna tərəfi münaqişəyə son qoyacaq hər hansı bir tənzimləmə prosesində ABŞ tərəfindən veriləcək təhlükəsizlik zəmanətlərini əsas faktor hesab edir.
Mənbələr qeyd edir ki, ötən həftəsonu Əbu-Dabidə Ukrayna və Rusiya nümayəndələri arasında keçirilən danışıqlarda ABŞ vasitəçilik edib. Amerikalı rəsmilərin sözlərinə görə, bu görüşlərdə müəyyən irəliləyişlər əldə olunub.