ABŞ PURL (Prioritet Ehtiyaclar Siyahısı) mexanizmi çərçivəsində Ukraynaya özünümüdafiə üçün kifayət qədər silah verməyə davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Telegraph” nəşrinə müsahibəsində bildirib.
Uitaker qeyd edib ki, avropalılar Ukraynadakı müharibənin onlar üçün də təhlükə yaratdığını deyirlər və Vaşinqton onların bunu öz resursları ilə sübut etmələrini gözləyir. Onun sözlərinə görə, indiyədək proses müsbət istiqamətdə davam edir və Ukrayna özünü müdafiə etmək üçün zəruri vasitələri alır.
Daimi nümayəndə əlavə edib ki, ABŞ Prezidenti Donald Trump müharibənin başa çatmalı olduğunu açıq şəkildə bəyan edib.
Uitaker vurğulayıb ki, Rusiya və Ukrayna danışıqlar masasında qalmalı və münaqişənin həlli üçün razılığa gəlməlidirlər.