Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırır

1 dəq
Paylaş:
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırır

ABŞ rəhbərliyi yaxın günlərdə İrana qarşı əməliyyatların miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək variantını nəzərdən keçirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “” portalı administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, regionda ABŞ hərbi qüvvələrinin cəmləşdirilməsi prosesi davam edir. Mənbələrin sözlərinə görə, ABŞ-nin Prezidenti İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası imkanlarını qiymətləndirir. Həm Amerika, həm də İsrail rəsmiləri belə bir addımın yaxın günlərdə atıla biləcəyini istisna etmirlər.

Qeyd olunub ki, daha əvvəl ABŞ-nin İrana qarşı “B-1” strateji bombardmançı təyyarəsindən istifadə etdiyi barədə məlumatlar yayılmışdı. Vaşinqtonun növbəti addımları ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax