“ABŞ və İran arasında danışıqlar fevralın 26-da Cenevrədə keçiriləcək”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Omanın xarici işlər naziri Badr əl-Busaidi bildirib.
Onun sözlərinə görə, ABŞ və İran nümayəndələri arasında növbəti danışıqlar fevralın 26-da Cenevrədə baş tutacaq.
İranın xarici işlər naziri Abbas Əraqçi də daha əvvəl ABŞ nümayəndələri ilə yeni danışıqların fevralın 26-da Cenevrədə keçirilə biləcəyini açıqlamışdı.
Əl-Busaidi sosial media platforması X hesabında yazıb:
“ABŞ və İran arasında danışıqların cümə axşamı günü Cenevrədə keçirilməsi planlaşdırıldığını təsdiqləməkdən məmnunam”.
Qeyd edək ki, Tehranın nüvə dosyesi üzrə İran–ABŞ danışıqlarının ikinci mərhələsi fevralın 17-də Cenevrədə keçirilib. Danışıqlardan sonra Abbas Əraqçi müəyyən irəliləyiş əldə olunduğunu bildirib və Tehranla Vaşinqtonun mümkün razılaşmanın əsasını təşkil edə biləcək mətnlər üzərində işləyəcəklərini vurğulayıb.