Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv etdi

2 dəq
Paylaş:
ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv etdi

Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın maliyyə naziri Taif Sami Məhəmməd əl-Şakərçinin vizasını edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Dilan Conson bildirib.

Onun sözlərinə görə, əl-Şakərçi hər il ABŞ tərəfindən bütün dünyadan olan qadınlara müstəsna cəsarət, güc və liderlik keyfiyyətlərinə görə verilən mükafatı alıb. Mükafatı ona ABŞ-nin sabiq Entoni Blinken və eks- Co Baydenin həyat yoldaşı Cill Bayden təqdim ediblər.

"Dövlət Departamenti korrupsiyaya qarşı mübarizədə və "gender bərabərliyinin" təşviqindəki ehtimal olunan roluna görə Bayden administrasiyası tərəfindən mükafatlandırılmış İraq vətəndaşının vizasını ləğv edib", - Consonun bəyanatında bildirilir.

Dövlət Departamentinin nümayəndəsi həmçinin bildirib ki, daha əvvəl ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) əl-Şakərçini terrorizmə yardım etməkdə şübhəli bilinən şəxslər siyahısına daxil edib.

Hazırda sabiq nazir ABŞ-dən kənardadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə