Operativ Məlumat Mərkəzi

"Spartak"ın əfsanəsi yaxın illərdə "Qızıl top"u qazanacaq futbolçunun adını çəkdi

2 dəq
Paylaş:
"Spartak"ın əfsanəsi yaxın illərdə "Qızıl top"u qazanacaq futbolçunun adını çəkdi
{"az":"bununla bağlı xarici KİV məlumat yayıb. \"O, hələ gənc oğlandır, onu gələcək həyatı gözləyir. O, belə davam etsə, yaxın bir-iki ildə mütləq \"Qızıl top\"u...","en":"","ru":""}

"Spartak"ın keçmiş futbolçusu İqor Ledyaxov "Barselona"nın futbolçusu Lamin Yamalın yaxın illərdə "Qızıl top"u qazanacağını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"O, hələ gənc oğlandır, onu gələcək həyatı gözləyir. O, belə davam etsə, yaxın bir-iki ildə mütləq "Qızıl top"u qazanacaq", - Ledyahov deyib.

2025-ci ildə Fransanın PSJ klubunun oyunçusu Ousmane Dembele ilk dəfə Qızıl Topu qazandı. Yamal ikinci, PSJ-nin yarımmüdafiəçisi Vitinya isə üçüncü olub.

Paris klubu ilə Dembele bu yaxınlarda beş kubok qazandı: Fransa çempionatı , Fransa Kuboku, Superkubok, Çempionlar Liqası və hətta FIFA Klublararası Dünya Çempionatının finalına yüksəldi. Fransa yığması Millətlər Liqasında da bürünc medal qazanıb.

“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Bu, ümumiyyətlə, ən nüfuzlu fərdi futbol mükafatı hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər