Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İspaniya XİN rəhbəri Aİ tərəfdaşlarından həmrəylik tələb edəcək

2 dəq
Paylaş:
İspaniya XİN rəhbəri Aİ tərəfdaşlarından həmrəylik tələb edəcək

İspaniyanın naziri Xose Manuel Albares ölkəsinin Şimali Afrikadakı Sebtə (Seuta) şəhərinə yönələn qeyri-qanuni miqrant axını ilə əlaqədar Avropa İttifaqındakı tərəfdaşlarından tələb edəcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O deyib ki, məsələ sabah Avropa Komissiyası və Aİ-yə üzv 27 ölkənin nazirlərinin iştirakı ilə keçiriləcək iclasda müzakirə olunacaq.

Nazir son günlər baş verən qeyri-qanuni miqrasiya dalğasından sonra irticaçı qüvvələrin koordinasiyalı şəkildə hərəkət etdiyini iddia edib.

Onun sözlərinə görə, həmin qüvvələr vəziyyəti şişirdir, Şengen zonası ilə bağlı yalan və saxta məlumatlar yayırlar.

Albares həmçinin Mərakeşin yaranmış böhranın həlli istiqamətində ilk gündən İspaniya ilə etdiyini vurğulayıb.

Xatırladaq ki, iyulun 30-da Mərakeşin Fnideq şəhəri sahillərindən üzərək Sebtəyə keçməyə çalışan 800-dən çox qeyri-qanuni miqrantın qarşısı alınıb. Hadisədən sonra İspaniya hökuməti bütün mövcud resursların səfərbər edildiyini açıqlayıb.

Son rəsmi məlumatlara görə, Mərakeşdən İspaniyaya keçməyə cəhd edərkən həyatını itirən qeyri-qanuni miqrantların sayı 88 nəfərə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax