Operativ Məlumat Mərkəzi

"SpaceX" orbitə 22 ədəd peyk göndərib

1 dəq
Paylaş:
"SpaceX" orbitə 22 ədəd peyk göndərib
kompaniya ötən gün daha 22 Starlink peykini orbitə göndərib. Kapsulu Kaliforniya ştatının Vandenberq kosmik mərkəzindən buraxılan “Falcon-9” raketi...

Amerikanın “SpaceX” şirkəti orbitə “Starlink” peyklərini göndərməyə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, kompaniya ötən gün daha 22 Starlink peykini orbitə göndərib.

Kapsulu Kaliforniya ştatının Vandenberq kosmik mərkəzindən buraxılan “Falcon-9” raketi atmosfer xaricinə çıxarıb.

Daha sonra daşıyıcı raketin birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib.

Qeyd edək ki, “SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 5,8 mindən çox peyk buraxıb. Hazırda onların 5,5 mindən çoxu işlək vəziyyətdədir.

Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Dünyanın ən böyük peyk operatoru orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər