Cənubi Koreya prezidenti Li Çje Myonq Pxenyanın düşmənçilik bəyanatlarına baxmayaraq, KXDR ilə əməkdaşlıq yollarının tapılmasının vacibliyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Şimali Koreya ilə münasibətlərin normallaşdırılması səylərini davam etdirəcək. İnanıram ki, Koreya yarımadasında davamlı sülh və sabitlik davamlı ünsiyyət, dialoq və əməkdaşlıq səyləri, eləcə də tədricən etimad və qarşılıqlı anlaşmanın gücləndirilməsi yolu ilə bərqərar edilə bilər", - o qeyd edib.
Li Çje Myonq hər iki ölkənin qarşıdurmaya və müharibəyə səbəb ola biləcək hərəkətlərdən çəkinərək sülhə can atmalı olduğuna əminliyini ifadə edib.