Suriya Prezidenti Əhməd Şara ABŞ Prezidenti Trampla telefonla danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı Suriyadakı vəziyyət müzakirə olunub.
Tərəflər ölkənin birliyinin qorunmasının və terrorizmə qarşı mübarizənin dəstəklənməsinin vacibliyi barədə razılığa gəliblər.
Şara və Tramp Suriyanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasının vacibliyini vurğulayıblar.
Liderlər sabitliyə nail olmaq üçün bütün səyləri dəstəkləmək barədə razılığa gəliblər.
Tramp Şaraya tam dəstəyini bildirib.