İspaniyanın “Atletiko Madrid” klubu hücumçusu Alexander Sorlotu bu yay satmaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, “Brentford” və “West Ham” daxil olmaqla bir neçə İngiltərə Premyer Liqa klubu norveçli forvardla maraqlanır.
Madrid klubu Sorlotun satışını strateji fürsət kimi qiymətləndirir. Onun gedişi həm maaş büdcəsinin azaldılması, həm də Dieqo Simeoneni hücum xəttində yeni alternativlər axtarmaq üçün əhəmiyyətli sayılır.
Məlumata görə, “Atletiko Madrid” 25 milyon avrodan yuxarı təkliflərə açıqdır və bu məbləğdə gələcək transferə müsbət yanaşmağa hazırdır.