Əsas məzmuna keç

Son iki gündə İranda 30 nəfər edam olunub

Son iki gündə İranda 30 nəfər edam olunub

İranda son iki gündə 30 nəfər barəsində çıxarılan edam hökmü icra olunub. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verib ki, məlumatı “ir.voanews.com” yayıb....

İranda son iki gündə 30 nəfər barəsində çıxarılan hökmü icra olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verib ki, məlumatı “ir.voanews.com” yayıb.

Məlumata görə, “Edamsız çərşənbə axşamı” kampaniyasının 37-ci həftəsində İranın 22 həbsxanasında aksiyası keçirilir.

İnformasiyaya əsasən, aclıq aksiyası aşağıdakı həbsxanalarda keçirilib: Evin (qadınlar bölməsi və 4 və 8-ci bölmələr), Qızılhisar (3 və 4-cü məhəllə), Kərəc, Tehran, Xürrəmabad, Ərak, Əsədabad, İsfahan, Nizam , Bəm, Məşhəd, Ləkən Rəşt (qadın və kişi həbsxanası), Qaimşəhr, Ərdəbil, Təbriz, Urmiya, Səlmas, Xoy, Nəğədə, Saqqız, Bane, Mərivan və Kamiyaran.

Bildirilib ki, oktyabrın 2-si və 3-ündə müxtəlif həbsxanalarda üçü qadın olmaqla azı 30 nəfər edam olunub. Barəsində ölüm hökmü çıxarılmış Mahmud Dehmərde adlı Zabul həbsxanasında ürək tutmasından ölüb.

İran təqvimi ilə bu ilin 6 ayı ərzində (aprel-sentyabr) İranda 450-yə yaxın məhbus edam edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…