Operativ Məlumat Mərkəzi

Son altı ayda 8 prokurorluq işçisi cəzalandırılıb

1 dəq
Paylaş:
Son altı ayda 8 prokurorluq işçisi cəzalandırılıb

Bu ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib.

Qeyd edilib ki, həmin müddətdə aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər