Birləşmiş Millətlər Təşkilatı (BMT) Somalidə leysan yağışları səbəbiylə 219 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamaya görə, daşqınlardan 460 min insan zərər çəkib, suyun səviyyəsinin qalxması səbəbindən regional xəstəxana və hökumət binaları ilə yanaşı, bir çox mühüm yerlərə ziyan dəyib.
Daşqınların təsirli olduğu bölgədə vəba və malyariya kimi epidemiyaların arta biləcəyi qorxusu var.