Dünyanın ən tanınmış gəmisi "Titanik"-in ilk tamölçülü rəqəmsal skanı yaradılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, skan dərin dəniz xəritəsindən istifadə edilərək yaradılıb.
Belə ki, Atlantik okeanının 3 800 metr dərinliyində yerləşən gəminin unikal 3D görünüşü təmin edilib.
Bunun sayəsində 1912-ci ildə batmış gəminin qarşılaşdığı hadisəni tam təyin etmək mümkün olacaq.
Xatırladaq ki, gəmi ilə bağlı bir çox cavablandırılmamış suallar olsa da, onun buz dağı ilə toqquşaraq batdığı güman edilir.