Somalinin Hirşabel əyalətində ordu birlikləri ilə Əl-Şəbab silahlıları arasında baş verən qarşıdurmada 70 terrorçu zərərsizləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Son 48 saatdır davam edən əməliyyatlarda Hirşabel əyalətinin bölgələrində Əl-Şəbab qruplaşmasına qarşı şiddətli qarşıdurmaların yaşandığı bildirilib.
Ölkənin təhlükəsizliyini təhdid edən və bölgədə yayılmağa çalışan terror təşkilatına ağır zərbə vurulduğu və 70 terrorçunun zərərsizləşdirildiyi vurğulanıb.